Yeni Zelandiyada fövqəladə vəziyyət altıncı dəfə uzadılıb
5 May 2020 11:25 DünyaYeni Zelandiya hökuməti koronavirusun yayılması səbəbindən martın 25-də elan edilmiş fövqəladə vəziyyət rejimini yenidən uzadıb.
Olaylar.az xəbər verir ki, yerli media bununla bağlı mayın 5-də ölkənin Mülki Müdafiə naziri Peeni Henarenin açıqlamasına əsasən xəbər yayıb:
"Yeni Zelandiyadakı fövqəladə vəziyyət altıncı dəfə - yeddi günlük uzadılacaq. Təhlükə səviyyəsini azaltdıqdan sonra bütün nailiyyətlərimizi qeyd etmək üçün xüsusi sayıqlıq lazımdır", - deyə qeyd edilib.
Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31