Rusiya Kim Çen İnə medal göndərdi

Şimali Koreya lideri Kim Çen İn "Böyük Vətən müharibəsində qələbənin 75 illiyi" yubiley medalı ilə mükafatlandırılıb.

Olaylar.az xəbər verir ki, bu məlumat Rusiyanın Şimali Koreyadakı səfirliyinin Feysbuk səhifəsində yerləşdirilib.

Medal Kim Çen İnə Böyük Vətən müharibəsində həlak olanların xatirəsinin əbədiləşdirilməsində göstərdiyi xidmətlərə görə verilib.

Medalın artıq səfir Aleksandr Maçeqor tərəfindən Şimali Koreya xarici işlər nazirinə təqdim edildiyi bildirilib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31