Şahzadə təcili yardım təyyarələrinin sarayın meydançasına enməsinə icazə verdi
5 May 2020 10:15 DünyaKembric hersoqu şahzadə Uilyam Böyük Britaniyanın təcili yardım təyyarələrinin Kensinqton sarayının meydançasına yanacaq doldurmaq üçün eniş etmələrinə icazə verib.
Bu barədə "Evening Standard" qəzeti məlumat yayıb.
Şahzadənin bu addımı hər dəfə yanacaq doldurmaq üçün ən yaxın baza hesab olunan Uotforda gedən tibb işçilərinə vaxta qənaət etməyə imkan verəcək.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31