İntihar məktubu yazan 29 yaşlı gənc qeybə çəkildi - VİDEO

Adanada yaxınlarına "Mən artıq yoxam" mesajı yazan gənc telefonunu söndürdükdən sonra yoxa çıxıb.

Adanada Seyhan Baraj Gölü üzərindəki köprüdə işlək vəziyyətdə olan avtomobilindən intihar məktubu tapılan Muhammet K.-ni (29) tapmaq mümkün deyil.

Sarıçam qəsəbəsindəki evindən çıxan Muhammet K., yerli vaxtla saat 23:30 radələrində yaxınlarına "Mən artıq yoxam" mesajı göndərdikdən sonra telefonunu söndürüb. Yaxınları polisə xəbər verib.

Bundan sonra körpüdən özünü atdığı zənn edilən gəncin tapılması üçün dalğıclar göldə axtarışa başlayıblar. Bir saatlıq heç bir nəticə verməyib.

Muhammet K.-nin axtarışı bu səhər saatlarında yenidən davam etdirilib.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31