İŞİD-in kəşfiyyat rəhbəri Əfqanıstanda tutuldu
4 May 2020 17:12 DünyaƏfqanıstan hərbçiləri ölkənin şərqindəki Nanqarhar əyalətində İŞİD terror qruplaşmasının "kəşfiyyat xidmətinin" rəhbərini saxlayıblar. Olaylar.az xəbər verir ki, bu barədə əlayət qubernatorunun administrasiyası məlumat yayıb.
"İŞİD-in kəşfiyyat rəisi, Zərif kimi tanınan Moqhin Azhar yoldaşı Fəridullahla birlikdə Əfqanıstan milli ordusunun xüsusi təyinatlıları tərəfindən Nanqarhar əyalətinin Behsud bölgəsində tutulub",- deyə məlumatda qeyd edilib.
Əfqanıstan ordusu, həmçinin Kalaşnikov avtomatı, beş ədəd mobil telefon və Pakistan vətəndaşlarına məxsus şəxsiyyət vəsiqələrini müsadirə edib.
azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31