Azan 6 dəqiqə tez oxundu, qəsəbə sakinlərinin orucu pozuldu - VİDEO

Türkiyənin Bursa Karacabəy qəsəbəsində axşam azanı 6 dəqiqə əvvəl oxunub.

İmam 20:10 oxunulan azanı, 6 dəqiqə tez, 20:04-də oxuyub. Azan səsini eşidən vətəndaşlar oruclarını açıblar.

Daha sonra, 20:10-da yenidən azanın oxunulması, vətəndaşlarda çaşqınlıq yaradıb.

Karacabəy Məscidinin imamı Müftisi Naci Yalçınkaya, baş verən hadisə ilə bağlı jurnalistlərə verdiyi açıqlamada, şam namazının mərkəzi sistemdə əvvəlcədən oxunduğunu söyləyərək "orucunu vaxtından əvvəl açanların, qəza orucu tutmalı olduğunu tutmalı olacağını" bildirib.

unikal.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31