Rusiyada koronavirusa yoluxma sayı 145 mini keçdi

Rusiyada son sutka ərzində 10 min 581 nəfər koronavirusa yoluxub.

Bu barədə Rusiyada koronavirusla bağlı yaradılan operativ qərargah məlumat yayıb.

Bildirilib ki, ölkədə ümumi yoluxma sayı 145 min 286 nəfərə çatıb. Pandemiya qurbanlarının sayı isə 76 nəfər artaraq 1356-ya yüksəlib. Bu günədək 18 min 95 xəstə sağalıb.

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31