Ermənistanda koronavirusa yoluxanların sayı 2 500 nəfəri keçdi
4 May 2020 12:26 DünyaErmənistanda koronavirusa yoluxanların sayı 2 507 nəfərə çatıb.
Son sutka ərzində 121 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Həftə sonunda 6 nəfərin koronavirusdan ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 39 nəfər koronavirusun qurbanı olub, 1 393 nəfərin müalicəsi davam edir.
Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31