Tacikistanda koronaviruslu xəstələr üçün xəstəxana tikiləcək

Tacikistanda COVID-19 koronavirusuna yoluxanların sayı 128-ə çatıb. Mayın 1-də ilk dəfə Tacikistanda koronavirus xəstəliyinin olduğu elan edilib və həmin gün ölkədə 15 koronavirus xəstəsi olduğu bildirilib.

Hazırda xəstəxanalarda 3084 nəfər var. Yoxlamadan sonra onların 274-ü evə buraxılıb, qalanları müalicə alır. Bildirilir ki, artıq ölkədə koronavirusdan iki nəfər ölüb.

Düşənbə şəhərinin sədri Rustam Emamali deyib ki, bu günlərdə şəhər ərazisində 3 min çarpayılıq xüsusi xəstəxananın tikintisinə başlanılacaq.

modern.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31