Hindistanda karantin rejimi mayın 17-nə qədər uzadılıb

Hindistan pandemiya ilə əlaqədar elan olunmuş karantin rejimini mayın 17-dək uzadıb.

Olaylar.az xəbər verir ki, ökənin Daxili İşlər Nazirliyi martın 25-dən tətbiq olunan karantin rejiminin ən azı daha 2 həftə davam edəcəyini bəyan edib.

Karantin rejiminə uyğun olaraq bütün ölkə boyu bəzi qadağalar, o cümlədən hava və dəmir yolu nəqliyyatının, metronun, məktəb, kollec və digər təlim-tədris mərkəzlərinin, mehmanxanaların, kinoteatrların, ticarət mərkəzlərinin, idman zallarının fəaliyyətinə olan qadağalar qüvvədə olacaq. Bundan başqa, bütün siyasi və mədəni tədbirlərin, dini mərasimlərin təşkilinə olan qadağa da davam edəcək.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31