Yeniyetmə qıza görə təyyarənin bütün sərnişinləri karantinə yerləşdirildi

COVID-19 virusuna yoluxduğu aşkar edilən yeniyetmə qız təyyarə ilə Nijnevartovsk şəhərinə gəlib. Bildirilib ki, qız xəstəliyini gizlədib.

Bu barədə koronavirusla mübarizə üzrə regional əməliyyat qərargahından məlumat verilib.

Hadisəni Nijnevartovsk şəhərinin başçısı Vasili Tixonov da təsdiqləyib. O qeyd edib ki, polis baş verənlərin hüquqi tərəflərini araşdırır.

Hazırda yeniyetmə qızın uçduğu təyyarənin bütün sərnişinləri 14 günlük karantin rejiminə yerləşdirilib. Onların hamısı həkim nəzarəti altındadır.

Qeyd edək ki, Rusiyada 134 687 şəxsin COVID-19-a yoluxduğu aşkar edilib. 1 280 xəstə virusun qurbanı olub.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31