Donbassda atışma: üç ukraynalı hərbçi yaralandı
4 May 2020 10:31 DünyaÖtən gün ərzində Donbassdakı separatçılar atəşkəsi 11 dəfə pozub.
Olaylar.az xəbər verir ki, düşmən Ukrayna mövqelərini Minsk müqavilələri ilə qadağan edilmiş 82 mm çaplı minaatanlardan, həmçinin müxtəlif sistemli qumbaraatanlardan, ağır pulemyotlardan və kiçik silahlardan atəşə tutub.
Ukrayna hərbçiləri bütün hücumlara qətiyyətlə cavab verib və atəşkəs rejiminə riayət etməklə təmas xəttində nəzarəti davam etdirib.
Nəticədə 3 ukraynalı hərbçi yaralanıb.
Kəşfiyyat məlumatlarına görə, mayın 3-də Ukrayna əsgərləri bir separatçını məhv edib və ən azı bir nəfəri yaralayıb.
konkret.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31