Prezident Berdiməhəmmədovun oğluna daha bir vəzifə verildi
4 May 2020 10:26 DünyaTürkmənistanda xalq seleksiya metodlarından və dünya elminin müasir nailiyyətlərindən istifadə edərək cins itlərinin təmizliyini və inkişafını qoruyacaq "Türkmən alabay itləri" Assosiasiyası (Turkmən Alabayları) yaradılıb.
Bu haqda məlumatı Türkmənistan Dövlət Xəbər Agentliyi yayıb.
Mənbə bildirir ki, Assosiasiya mayın 1-də Türkmənistan Kənd Təsərrüfatı Universitetində bir sıra nazirliklərin, ictimai təşkilatların rəhbərləri və nümayəndələrinin, bu ali təhsil müəssisəsinin müəllim heyətinin, təcrübəli kinoloqların və digər mütəxəssislərin qatıldığı iclasda qurulub.
Yekdilliklə Assosiasiyanın rəhbəri vəzifəsinə ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədovun oğlu Sərdar Berdiməhəmmədovun namizədliyi irəli sürülüb.
Keçən ilin sentyabr ayında Axalsk vilayətinin başçısı kimi Sərdar Berdiməhəmmədov Ak Budada alabay cins itlərinin yetişdirilməsi, eləcə də onların təlim və hazırlığını nəzərdə tutan ölkədə ilk "Alabay it evi"ni açıb.
konkret.az