Yaponiyada koronavirusa qarşı "Remdesivir" dərmanının tətbiqinə hazırlaşırlar

Yaponiyada koronavirusa yoluxmuş xəstələrin müalicəsi məqsədilə "Remdesivir" dərmanının tətbiqini bəyənməyə hazırlaşırlar.

AZƏRTAC   bildirir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat naziri Kato Katsunabu məlumat verib. Nazir qeyd edib ki, həmin dərmanının tətbiqinə razılıq istehlakçı şirkətdən müraciət daxil olduqdan bir həftə sonra veriləcək.

K.Katsunabu bildirib ki, nazirlik istifadəsinə kəskin ehtiyac duyulan bu dərmanının ən qısa vaxt ərzində xüsusi prosedurlardan keçirilməsinə çalışır. Bu tədbir koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün ABŞ-da verilən razılıqdan sonra həyata keçiriləcək.

Nazirliyin nümayəndələri şənbə günü Nazirlər Kabinetinin üzvləri arasında həmin dərmanın Yaponiyada istifadəsinə icazə verilməsi üçün hökumət qərarına düzəlişin layihəsini paylayıblar.

K.Katsunabu jurnalistlərə deyib ki, yaxın günlərdə həmin dərmanı istehsal edən farmakoloji şirkətin müraciətinin nazirliyə daxil olacağı gözlənilir. Dərmanın xüsusi proseduralardan bir həftə ərzində keçməsi planlaşdırılır ki, bu da dünyada ən sürətli proses olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31