Çexiya hökuməti fövqəladə vəziyyət rejimini uzatmağı planlaşdırmır
4 May 2020 09:11 DünyaÇexiya hökuməti ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq edilən fövqəladə vəziyyət rejimini uzatmağı planlaşdırmır.Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu "Nova" telekanalının efirində ölkənin baş naziri Andrey Babiş deyib.A.Babiş bildirib: "Fövqəladə vəziyyət rejiminin uzadılması barədə məsələni gözdən keçirmirik".Qeyd edək ki, Çexiyada fövqəladə vəziyyət rejimi martın 12-si tətbiq edilib. Fövqəladə vəziyyət rejiminin müddəti mayın 17-si bitir.Çexiyada 7 764 yeni növ koronavirusa yoluxma halı qeydə alınıb, 245 nəfər ölüb, 3 584 nəfər isə sağalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31