Tükiyədən Somaliyə tibbi yardım
3 May 2020 16:30 DünyaTürkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın tibbi yardım daşıyan yük təyyarəsinin Somaliyə gedəcəyini bildirib.
Olaylar.az bildirir ki, İbrahim Kalın, "Tvitter" səhifəsində paylaşdığı şərhdə Somalidəki qıtlıq səbəbindən on minlərlə insanın öldüyü bu dost və qardaş ölkəyə 2011-ci ilin bir ramazan günü ilk dəfə səfərə gedən prezidenti Rəcəb Tayyib Ərdoğanın somalilərin ümidi olduğunu və dünyanın diqqətini buradakı insani faciəyə çəkdiyini bildirib.
Kalın həmçinin "Somalinin siması dəyişdi. İnsan ləyaqəti qorunduvə indi yenə prezidentimizin göstərişi ilə test, kombinezon, maska və tibbi cihaz daşıyan yük təyyarəsi bu gecə Somaliyə gedir. Türkiyə virusa qarşı mübarizədə qardaşlarının yanındadır. İnsanlıq ölməsin ki insanlar ölməsin." - deyə bildirib.