ABŞ COVİD 19-a qarşı bu preparatdan istifadə edəcək
2 May 2020 11:12 DünyaRemdesivir antivirus preparatı koronavirusla xəstəxanaya yerləşdirilmiş pasiyentlər üçün müalicənin əhəmiyyətli vasitəsidir.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib.
Remdesivir antivirus preparatı Ebolaya qarşı mübarizə çərçivəsində hazırlanıb, amma öz effektivliyini sübut etməyib. O, daha sonra SARS və MERS infeksiyalarının müalicəsi zamanı effektli olub.
Preparatı ABŞ-ın "Gilead Sciences" bioəczaçılıq şirkəti istehsal edir. Onun kliniki sınaqları hazırda alimlərin beynəlxalq qrupu tərəfindən ağır xəstələrin müalicəsi üçün keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31