Rusiyanın inşaat naziri koronavirusa yoluxub

Rusiyanın inşaat və mənzil-kommunal təsərrüfatı naziri Vladimir Yakuşev və onun müavini Dmitri Volkov koronavirusa yoluxublar.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Nazirliyin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, nazirin digər müavini Nikita Stasişin inşaat və mənzil-kommunal təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra edəcək.

Qeyd edilir ki, V.Yakuşevin və D.Volkovun diaqnozları kompüter tomoqrafiyası ilə təsdiqlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31