Moskvada koronavirus xəstələri üçün yeni hospitallar tikilir - FOTO

Moskvada koronavirus xəstələri üçün müvəqqəti hospitalların tikintisinə başlanır. 

Moskva şəhər merinin müavini Pyotr Biryukov 44 yeni hospitalın qurulacağını deyib. 

Biryukov bildirib ki, hər hospital 2-3 günə tikilir: 

"Bu səyyar xəstəxanalar paneldəndir və kifayət qədər komfortludur. Kovid-19-a yoluxan xəstələrimizi müalicə etməyə artıq yer tapılmır. Şəhərdə sıxlıq yaranmasın deyə 10 min çarpayılıq belə hospitalların qurulmasına qərar verdik. Karantin rejimi ötəndən sonra bu tikililər başqa məqsədlə, məsələn, idman zalları kimi də istifadə edilə bilər". 

Son məlumata görə Moskvada koronavirusa yoluxan 106 mindən çox xəstə var. Bu virusdan həyatını itirən paytaxt sakinlərinin sayı isə 1073 nəfərdir.

moderator.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31