Peskov baş nazirin vəzifədən azad ediləcəyi xəbərini "boşboğazların uydurması" adlandırdı
1 May 2020 17:04 DünyaBəzi KİV-lərin koronavirus xəstəliyinə yoluxmuş Rusiyanın baş naziri Mişustinlə bağlı yaydığı xəbərlərə Kremldən cavab gəlib.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov baş nazirin müalicə prosesində vəzifəsindən azad ediləcəyi haqda deyilənləri ironiya ilə qarşılayıb.
Peskov belə xəbərləri "boşboğazların uydurması" adlandırıb. Peskov vurğulayıb ki, hazırda prezidentin planında Mişustinin vəzifəsindən azad edilməsi məsələsi yoxdur.
moderator.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31