Məşhur model canlı yayımda öz telefon nömrəsini DEDİ — FOTO

Dünyaca məşhur ingilis model Cara Delevingne izləyiciləri ilə danışmaq istədiyini deyərək öz telefon nömrəsini paylaşıb.

Cara Delevingne İnstagram hesabının hekayə bölməsində video yayımlayaraq izləyicilərinə səslənib. O videoda telefon nömrəsini qeyd edərək Hər kəsə salam. Bəziləriniz mənim nə qədər çılğın biri olduğumu bilirsiniz. Elə indi də çılğınlıq edib, öz telefon nömrəmi sizinlə paylaşacam. Beləliklə mənə mesaj göndərə bilərsiniz sözlərini deyib. Caranın paylaşdığı linkə daxil olanlar həqiqətən də modellə danışmağa başlayıblar. O telefonuna gələn çoxsaylı mesajları yayımlayaraq hamısına cavab verə bilmədiyini lakin bütün yazılanların onun üçün dəyərli olduğunu deyib.

olke.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31