Daha bir ölkədə karantin yumşaldılır

Avstraliya koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində tətbiq edilən qabaqlayıcı tədbirləri yumşaldacaq.

Bu barədə ölkənin Baş naziri Skott Morrison danışıb.

O, məsələ ilə bağlı çıxışında "Avstraliyanı yorğan altında saxlaya bilmərik" sözlərinə yer verib. Xalqının koronavirusa qalib gəlmək üçün göstərdiyi cəhdləri məmnuniyyətlə qarşılayan Morrison karantin rejiminin yumşaldılmasının xalqın xidməti əvəzində mükafat olacağını deyib.

Son rəqəmlərə görə, ölkədə 6 min 767 nəfər koronavirusa yoluxub, 5 min 720 nəfər sağalıb, 93 nəfər ölüb.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31