İranda koronavirusdan ölənlərin sayı 7 minə çatır
1 May 2020 16:16 Dünyaİranda son sutka ərzində koronavirusdan daha 63 nəfər dünyasını dəyişib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla da İranda koronavirusdan ölənlərin sayı 6091 nəfərə çatıb. Ötən sutka ərzində 1006 yeni yoluxma faktı qeydə alınıb, ümumi yoluxma sayı 95 646-ya yüksəlib.
İndiyədək virusa yoluxanlardan 76 318 nəfər sağalıb.
Virtualaz.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31