Kubanın ABŞ-dakı səfirliyinə silahlı hücum oldu
1 May 2020 16:14 DünyaKubanın ABŞ-dakı səfirliyinə silahlı hücum olub.
Hadisə yerli vaxtla gecə saat 2 radələrində baş verib. Vaşinqton Post hücum edən şəxsin saxlanıldığını yazsa da, onun kimliyi açıqlanmayıb.
Faktla bağlı istintaq aparılır.
Məsələyə münasibət bildirən Kubanın xarici işlər naziri Miquel Diaz-Kanel hücumu pisləyib. Bildirib ki, ölkələr torpaqlarında olan diplomatik nümayəndəlikləri qorumalıdırlar.
qaynarinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31