UNİCEF-dən Sudana 6 milyon dollarlıq DƏSTƏK

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Sudanın şərqindəki inkişaf layihələri üçün 6 milyon dollar maliyə yardımı ayırdığını açıqlayıb.

Şərqdəki Qırmızı dəniz əyalət rəhbərliyi, inkişaf layihələrində iştirak üçün UNİCEF ilə 6.1 milyon dollarlıq bir müqavilə imzalayıb.

UNİCEF-in Qırmızı Dəniz Nümayəndəsi Vidad Osman, dəstək planına inkişaf xidmətləri, epidemiyalarla mübarizə, təcili sağlamlıq vəziyyətlərinə reaksiya vermək və həssas qruplara dəstəyin daxil olduğunu söyləyib.

Bu ayda UNICEF Mavi Nil və Cənubi Darfur əyalətləri ilə koronavirusun yeni növü (COVID-19) ilə mübarizə və inkişaf layihələri üçün 18 milyon dollarlıq bir dəstək müqaviləsi imzalayıb.

Sudan Səhiyyə Nazirliyinin məlumatlarına görə, bu günə qədər ölkədə 375 COVID-19 yoluxma halı aşkarlanıb, 28 nəfər ölüb, 32 nəfər sağalıb.

sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31