Fransada yalan xəbərlərə qarşı mübarizə aparmaq üçün veb sayt açılıb
1 May 2020 13:07 DünyaFransa hökuməti Covid-19 pandemiyası zamanı yalan məlumatların yayılmasının qarşısını almağa yönəlmiş bir veb sayt qurub.
Hökumət nümayəndəsi Sibeth Ndiaye cümə axşamı sosial mediada "Covid-19 böhranı yalan xəbərlərin yayılmasına zəmin yaradır" deyə bildirib. Həmişəkindən daha çox etibarlı və təsdiq edilmiş məlumat mənbələrinə istinad etmək lazımdır. Fransa hökuməti indi bu məqsədə xidmət edən xüsusi bir sahə təklif edir- deyə internet səhifəsini tanıdıb.
Veb saytına yalan xəbərlər və dezinformasiyalarla mübarizə aparan məlumat mənbələrini daxil ediləcəyi bildirilib.
Bu məqsədlə veb saytında paylaşılan ilk xəbərlər, Covid-19 epidemiyası zamanı yayılan yalan məlumatlara qarşı işləyən Fransanın etibarlı media qurumlarının idi.
Sayt Fransa hökumətinin rəsmi saytı daxilində yaradılıb.
sia.az