Avstraliyada polis bir neçə nəfəri bıçaqlayan şəxsi güllələyib
1 May 2020 12:36 DünyaAvstraliya polisi Qərbi Avstraliya ştatının Cənubi Hedlend şəhərindəki ticarət mərkəzində bıçaqla bir neçə nəfəri yaralayan naməlum şəxsi güllələyib.
Şahidlərdən birinin sözlərinə görə, cinayətkar əvvəlcə "McDonaldchr("39")s" restoranının avtomobil dayanacağında bir nəfəri bıçaqlayıb və "South Hedland" ticarət mərkəzinin parklama yerində başqa birinə hücum edib. Naməlum şəxs bundan sonra ticarət mərkəzinə daxil olaraq daha bir neçə nəfəri yaralayıb.
Şahidlərin sözlərinə görə, hücum nəticəsində yeddi nəfərədək insan yaralanıb. Polis cinayətkarı elektroşoker vasitəsilə zərərsizləşdirməyə çalışsa da, qurğunun işləmədiyi və qanun keşikçisinin atəş açmağa məcbur olduğu bildirilir. Hücum edən şəxs ölüb, hadisə ilə bağlı təhqiqat başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31