Türkiyədə yenidən küçəyə çıxmaq qadağan edildi

Türkiyədə yenidən küçəyə çıxmaq qadağan edildi

Türkiyədə yeni növ koronavirus epidemiyası səbəbindən 3 günlük küçəyə çıxmaq qadağa edilib.

Olaylar.az türk mediasına istinadən bildirir ki, 31 şəhərdə məhdudiyyətlər bu gündən tətbiq olunmağa başlayıb.

Bu müddətdə 65 yaşdan yuxarı və 20 yaşdan aşağı şəxslərin küçəyə çıxmasına icazə verilməyəcək. Marketlər saat 09:00-dan 14:00-dək açıq olacaq. Digər zəruri ehtiyaclar evlərə sifarişlə çatdırılacaq. 2-3 may tarixlərində isə market və dükanlar da bağlı olacaq. Məhdudiyyətlər sadəcə çörək bişirilən və satılan məkanlara tətbiq edilməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31