İranda dəhşətli rəqəmlər: koronavirus qurbanlarının sayı...
30 Aprel 2020 15:22 Dünyaİranda koronavirus qurbanlarının sayı 6 mini ötüb.
Publika.az xəbər verir ki, son sutka ərzində 71 nəfər dünyasını dəyişib və bununla ölənlərin sayı 6 min 28-ə çatıb.
Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur dövlət televiziyasına açıqlamasında 983 yeni yoluxma faktı qeydə aldıqlarını bildirib. Beləliklə, yoluxanların ümumi sayı 94 min 640 olub.
75 min 103 nəfər sağalıb. 2 min 976 xəstənin vəziyyəti isə ağırdır.
Ölkədə bu günə qədər 463 min 295 nəfər testdən keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31