Koronavirusa qarşı anticismləri müəyyən edən yeni ekspress-test hazırlanıb
29 Aprel 2020 14:42 DünyaRusiya Elmlər Akademiyasının "Biotexnologiyanın fundamental əsasları" Federal Tədqiqat Mərkəzi koronavirus infeksiyasının sürətli diaqnostikası üçün testlər hazırlayır.
Testlər IgM və IgG anticismlərini aşkar etməyə imkan verir. Qeyd edək ki, insanda IgM-nin mövcudluğu xəstəliyin aktiv mərhələdə olduğunu, simptomlarsız IgG isə insanın artıq xəstəliyi keçirdiyini və immunitetə malik olduğunu göstərir.
Testin nəticələri 10-15 dəqiqə ərzində təqdim olunur. Bu halda laboratoriya avadanlığı və tibbi personalın cəlb edilməsi tələb olunmur.
Test-sisteminin prototipi artıq xəstələr üzərində sınaqdan keçirilib. O, SARS-cov-2-yə qarşı anticisimləri müvəffəqiyyətlə aşkar edib.
Bir ay ərzində 100 min testin istehsal olunması nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31