Rusiyada koronavirusa yoluxanların sayı 100 minə yaxınlaşdı
29 Aprel 2020 14:32 DünyaQlobal böhrana səbəb olan koronavirus pandemiyası Rusiyada yoluxmaqda və can almaqda davam edir.
Son bir gündə 5 min 841 nəfərə koronavirus diaqnozu qoyulub. Bununla da Rusiyada yoluxanların sayı 99 min 399 nəfərə çatıb.
Beləliklə, son sutkada ölkədə virusdan ölənlərin sayı isə 108 nəfər artaraq 972-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 10 min 286 nəfər sağalıb.
Qeyde dək ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb.
unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31