Rusiyanın regional maraqları artır

Rusiya ciddi cəhdlə postsovet ölkələrində, xüsusilə də Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək uğrunda çalışır. Hələ Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi və digər bu kimi qurumları yaradarkən Moskvanın başlıca məqsədi, niyyəti keçmiş SSRİ-ni bərpa etmək idi. Cərəyan edən son porseslər və şimal qonşumuzdan müntəzəm olaraq, xüsusilə də son vaxtlar verilən açıqlamalar bunu bir daha təsdiq edir. Elə bir neçə gün əvvəl Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin açıqlamalarında da bu tendensiya hiss edilirdi. Məlumat üçün qeyd edək ki, Kreml rəhbəri Vladimir Putin bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında keçmiş SSRİ-nin bərpası mümkünlüyünü dolayı yolla da olsa vurğulamışdı.

Vladimir Putinin məlum açıqlamasından sonra bu ölkədə hüquqi müstəvidə atılan yeni bir addım da Moskvanın sözügedən prosesdə nə dərəcəd maraqlı olduğunu və buna ciddi cəhdlə çalışdığını ortaya qoydu. Belə ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin SSR-nin bərpası ilə bağlı məlum açıqlmasından sonra, Rusiya vətəndaşlığını almaq da kifayət qədər asanlaşdırıldı. Belə ki, post-sovet ölkələrinin vətəndaşlarının Rusiya vətəndaşlığı almaq üçün yeni qanun imzalayıb.

Həm Rusiya rəsmilərinin keçmiş SSRİ-nin bərpası niyyətini özündə ehtiva edən açıqlamaları, həm də hüquqi müstəvidə atılan bəzi addımlafı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə şərh edib. O, bildirib ki, sözügedən qanuna əsasən, bir ölkənin vətəndaşı Rusiya Federasiyasının vətəndaşı olmaq üçün mənsub olduğu0 ölkənin vətəndaşlığından imtina etməyə bilər.  Politoloqun sözlərinə görə, bu qanunun tətbiqi əsasən, Belarus, Ukrayna və Qazaxıstan vətəndaşlarına şamil edilib: "Göründüyü kimi Kremlinin əsas diqqət etdiyi bu üç ölkə keçmiş SSRİ-nin qurulmasında əsas dövlətlərdir. Rusiya prezidenti ilkin olaraq bu üç ölkə vətəndaşlarına həmin qanunu tətbiq etməklə nəzarət mexanizmi əldə etməyə çalışır. Bu presidentin digər MDB ölkələrinə də şamil ediləcəyi gözlənilir. Bura Azərbaycanın da daxil edilməsi istisna deyil". Məhəmməd Əsədullazadənin qənaətincə, Vladimir Putinin burada əsas məqsədi inteqrasiya prosesini sürətləndirmək, Rusiya vətəndaşlığını qəbul edən bu ölkələrin vətəndaşlarını müdafiə etmək adı ilə, bu ölkələr üzərində siyasi təzyiqi formalaşdırmaqdı: "Həmçinin bu ölklərərin əhalisinin Rusiyaya bağlılığına nail olmaq bsşlıca məqsəddir. Göründüyü kimi Rusiya MDB məkanında bu qanunu tətbqi etməklə, həmçinin Qərbin regionda maraqlarının qarşısnı almağı planlayır. Qeyd edim ki, Kremldə bu iqstiqamətdə ciddi palanlar hazırlanır və Rusiya kütləvi informasiya vasitələrinə  MDB ölkələri ilə sıx işləmək, Rusiyaya qarşı rəğbəti formlaşdırmaq üçün təbliğat materiallı verlişlər hazırlanması tapşırılıb". Politoloq deyib ki, Ukrayna vətəndaşlarının Rusiya pasportu alması isə mümkün deyil: "Buna Belarusun getməsi gözlənilir. Qazaxıstanın rus əsilli vətəndaşlarının Rusiyanın bu yeni qanundan bəhrələnməsi mümkündür. Bu da Qazaxıstanın təhlükəsizliyi üçün risklidir. Ümumiyyətlə Rusiya hər hansı bir siyasi və iqtisadi cəlbedici ölkə deyil ki, bu ölkənin vətəndaşlığını qəbul edəsən. Sadəcə, Rusiya əmək bazarıdır və bu da MDB ölkələrinin kasıb əhalisi üçün çətində olsa da iş yeridir. Ona görə də həm Azərbaycan , həm də digər ölkələr iqtisadiyyatı inkişaf etdirməli, demokratik islhatlarla digər ölkələrin cəlbedicliyini minimuma endirməlidir. Qeyd edim ki, Rusiya qonşu ölkələrinin demokratiklıəşməsi və iqtisadi inkişafını ona görə istəmir ki, bu, Rusiyanın bu kimi maraqlarının qarşısnı almış olur. Vladimir Putinin bu qanunu öz vətəndaşlarını qorumaq adı ilə Qazaxıstan, Ukrayna və Belarusa müdaxiləsini "qanunilləşdirir". Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya Federasiyasının əsas hədəflərindən biri MDB ölkələrində yaşayan etnik azlıqların Rusiya vətəndaşlığı almasına şərait yaratmaqla, bu ölkələrə təzyiq etməkdən ibarətdir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31