Türkiyədə şagirdlər məktəbə getmədən növbəti sinfə keçiriləcək
29 Aprel 2020 13:42 DünyaTürkiyə hakimiyyəti koronavirus ilə əlaqədar məktəblərdə məsafədən tədrisin müddətini mayın 31-dək uzadıb.
Olaylar.az türk mediasına istinadən bildirir ki, bu barədə Türkiyənin təhsil naziri Ziya Səlçuk məlumat verib.
O bildirib ki, şagirdlərin hamısı növbəti sinfə keçiriləcək.
Xatırladaq ki, Türkiyədə son rəqəmlərə görə, pandemiya daşıyıcıların sayı 114 653, ölənlərin ümumi sayı 2 992 nəfərdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31