Putinin Yapon qubernatoruna hədiyyə etdiyi pişik koronavirusa görə təcrid olundu

2012-ci ilin fevralında Rusiya Prezidenti Vladimir Putin tərəfindən Yaponiya prefekturasının qubernatoru Akita Norihisa Satakeyə hədiyyə edilmiş "Mir" ləqəbli Sibir pişiyi koronavirusun bu cins heyvanları üçün təhlükə yaratması səbəbindən təcrid vəziyyətinə gətirilib.

Bu haqda məlumatı news.ru saytı yayıb.

"ABŞ-da ev pişiklərinə yeni bir koronavirus ilə yoluxma hallarının olması xəbəri bizi çox narahat etdi.

Buna görə, pişiyi təcrid etdik ki, ailəmizin üzvlərindən heç kimlə ünsiyyət qurmasın".

Satake pişiyin ailənin həqiqi üzvü olduğunu, digər altı pişiklə yaxşı davrandığını qeyd edib.

KONKRET.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31