Prezident çağırış etdi: Bizi aclıq gözləyir

Koronavirus səbəbindən yaranan böhranın aradan qaldırılması üçün tədbirlər görülməsə, Haitini aclıq gözləyir.

Olaylar.az  xəbər verir ki, bunu Haiti Prezidenti Jovenel Moiz xalqa müraciətində deyib.

"Aclığın olacağı açıq görünür. Bizdə işsizlərin sayı həddən artıq çoxdur. Bütün dünya tənəzzül keçirir, ölkələr biznezi yenidən aktivləşdirməyə çalışacaqlar. Əgər biz koronavirusun yayılmasından sonra yaranacaq vəziyyətə hazır olmasaq, o zaman bizim böyük problemimiz olacaq", - prezident bildirib.

Qeyd edək ki, Dünya Bankının hesabatına görə, Haiti dünyanın ən kasıb ölkələrindən biridir. Ölkənin 35 faizi aclıqdan əziyyət çəkir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31