Koronadan 70 veteran öldü, prokurorluq cinayət işi açdı - Şok hadisə

 

ABŞ-ın Massaçusets ştatında müharibə əlillərinin yaşadığı evdə 70 nəfər koronavirusdan vəfat edib.

Dövlət himayəsində olan və əsasən müharibə iştirakçılarının yaşadığı evdə baş vermiş hadisə ciddi narazılıq doğurub.

Boston prokurorluğu faktla bağlı cinayət işi açıb. Rəsmilər virusa yoluxanlarla sağlam veteranların eyni yerdə qalmaları səbəbindən ölüm hallarının baş verdiyini açıqlayıb.

İctimai evdə yaşayan 82 müharibə iştirakçısı və 81 sosial xidmət əməkdaşının testləri pozitiv çıxıb.

Məlumata görə, martın əvvəlində burada 230 nəfər yaşayırmış, hazırda isə 100 nəfər qalıb.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31