Türkiyənin koronavirusdan sonra normal həyata qayıtmaq planı açıqlandı
29 Aprel 2020 10:49 DünyaTürkiyənin 16 nazirliyinin apardığı çalışmalar nəticəsindən koronavirusdan pandemiyasının yaratdığı xüsusi karantin rejimindən çıxış və normal vəziyyətə qayıdışın mərhələləri hazırlanıb.
100 günlük planda öncə iqtisadiyyat, ticarət, turizm və qida sektoru dirçəldiləcək.
Mayın sonunda isə normallaşma addımlarına adaptasiyanın nəticələrinə baxılacaq və mövcud vəziyyətə uyğun 2-ci mərhələ başlayacaq.
Ramazan bayramı boyunca təhlükəsizlik məqsədilə namazların məscidlərdə qılınmaması, 24-31 may tarixlərində küçəyə çıxma qadağasının qüvvədə olması da planı tərkib hissəsidir.
Hotellərin isə mərhələli şəkildə açılacağı bildirilir. Sosial məsafə və təhlükəsizlik qaydalarına riayət edən hotellər öncə açılacaq.
Dərslərin mayın sonuna qədər başlamayacağı planlaşdırılır. Dərs proqramlarının tamamlanması üçün iyunda dərslərin 1 aylıq açılması nəzərdə tutulur. İmtahanların isə iyulun sonu və ya avqustun əvvəlindən keçirilməsi gündəmdədir. Yeni tədris ilinin isə sentyabrın sonunda başlayacağı gözlənilir.
Böyük ticarət və əyləncə mərkəzlərinin məhdudiyyətlərlə açılacağı planlaşdırılıb. Belə ki, mərkəzlərin daxilindəki restoranlar, sinema salonları, idman zalları, əyləncə zalları və uşaq zalları açılmayacaq.
Bundan başqa, avqustun sonuna qədər konsertləri, teatrlarda şənliklər və sair kütləvi tədbirlər təşkil edilməyəcək.
Restoran, kafe, bərbərxanalar, gözəllik salonları kimi yerlər üçün müəyyən saatlarda işləyəcək.
BAKU.WS