Əfqanıstanda güclü partlayış baş verdi

Əfqanıstan xüsusi təyinatlı qüvvələrin hərbi hissəsinin yaxınlığında güclü partlayış baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə "Tolo Nyus" məlumat yayıb.

Məlumata görə, hadisə Kabilin Riş-Xor rayonunda baş verib. Kamikadze hərbi hissəyə daxil olaraq özünü partlatmaq istəyib.

Hadisə ilə bağlı əlavə məlumat verilmir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31