Koronavirusun iqtisadiyyatına ən az zərər verdiyi 3 ÖLKƏ
29 Aprel 2020 08:47 DünyaCNBC mütəxəssisləri koronavirus pandemiyasından ən az zərərlə çıxan üç ölkənin adını çəkib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliya, Yeni Zelandiya və Cənubi Koreya milli valyutaları son zamanlarda investorlara olan inamın artması fonunda güclənib.
Hər üç ölkə koronavirusla daha effektiv mübarizə apara bilib. Orada infeksiyanın yayılması dayanıb - ən azı ikinci dalğanın başlanmasına qədər. Bu, onlara milli iqtisadiyyatları yenidən dirçəltməyə kömək edib: müəssisə və qurumların işini bərpa etmək, insanların hərəkətinə qoyulan məhdudiyyətləri asanlaşdırmaq.
Həm də qeyd olunub ki, hər üç ölkədə koronavirus sənayenin çox hissəsinə təsir göstərməyib və səlahiyyətlilər vaxtında müdaxilə edib və zərər çəkmişlərə dəstək göstərmək üçün büdcəni artırmağa müvəffəq olublar.