Putindən korona ilə bağlı KRİTİK AÇIQLAMA: "Ən ağır dövrə daxil oluruq"
29 Aprel 2020 05:07 DünyaHazırda ən ağır dövrə daxil oluruq.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin videokonfransda pandemiya ilə bağlı çıxışında deyib.
"Yoluxma riski ən yüksək səviyyəyə qalxıb. Virusun ölümcül təhlükəsi və təhdidi davam edir. Bu səbəbdən hər kəs ehtiyatlı və intizamlı olmalıdır. Karantin qaydalarına nə dərəcədə düzgün riayət edilərsə, o qədər tez bu dövrü geridə qoyacağıq", - deyə Kreml rəhbəri bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31