Ermənistanla sərhəddə quşlar kütləvi şəkildə tələf olur
28 Aprel 2020 13:41 DünyaTürkiyənin Ermənistanla sərhədində yırtıcı quşlar naməlum səbəbdən tələf olur. Qars vilayətinin Akyaka rayonundan 6 kilometr aralıda, Ermənistanla sərhəddə yerləşən Küçükdurduran kəndində 7 şahin quşunun cəsədi aşkar edilib.
Kuyucuk Quş Gölü köçəri quşların keçid nöqtəsində yerləşir. Burada yırtıcı quşlara tez-tez rast gəlinir. Quşların kütləvi şəkildə tələf olması kənd əhalisini ciddi narahat edir. Onlar bildiriblər ki, şahinlərin ağızlarından köpük gəlib, bir müddət halsız nəfəs aldıqdan sonra tələf olublar.
Yerli sakinlər yoluxucu xəstəliyin olmasından qorxuya düşüblər. Bununla bağlı aidiyyatı qurumlara məlumat verilib.
azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31