Nigeriya karantin tədbirlərini ləğv edən ilk Afrika ölkəsi olacaq
28 Aprel 2020 13:34 DünyaNigeriyada mayın 4-dən iri meqapolislərdə koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş karantin rejiminin yumşaldılması başlayacaq.
Nigeriya karantin tədbirlərini ləğv edən ilk Afrika ölkəsi olacaq.
Qeyd olunur ki, karantin rejiminin əvəzinə iri şəhərlərdə saat 20:00-dan 06:00-dək komendant saatı tətbiq olunacaq.
Digər tədbirlərin də mərhələli şəkildə aradan qaldırılacağı bildirilib.
Qeyd edək ki, bu günədək Nigeriyada 1 335 nəfər koronavirusa yoluxub. Onlardan 255 nəfər sağalıb, 40 nəfər isə həyatını itirib.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31