Məşhur cütlük koronavirus xəstələri üçün qan verdi

Məşhur Hollivud ulduzu Tom Henks və həyat yoldaşı Rita Uilson koronavirus xəstələri üçün qan veriblər.

Bu barədə "StarNews" Telegram kanalı xəbər yayıb.

Avstraliyada film çəkilişlərində olarkən məşhur aktyor həyat yoldaşı Rita ilə birlikdə koronavirusa yoluxmuşdu. Müalicədən sonra ulduz cütlük sağaldığını elan etmişdi.

Qeyd edək ki, COVID-19-a yoluxub sağalan xəstələrin qan plazmasında koronavirus xəstələrini sağaltmağa şərait yaradan anticisimlər olur.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31