Rusiyada daha 6411 nəfər koronavirusa yoluxdu

Son bir gündə Rusiyada 6411 yeni növ koronavirus ilə yoluxma hadisəsi aşkar edilib.

Bu haqda məlumatı Əməliyyat Qərargahı yayıb.

Yeni yoluxma halları ölkənin 83 bölgəsində qeydə alınıb.

Rusiyada təsdiqlənmiş COVID-19 hallarının ümumi sayı 93 558-ə çatıb.

Ölənlərin sayı 867-yə, müalicə olunan xəstələrin sayı isə 8456-ya yüksəlib.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Wuhanda vətəndaşların sətəlcəm xəstəliyinə yoluxduğunu elan edib. Xəstəliyin törədicisi, rəsmi adı COVID-19 olan koronavirusun yeni bir növüdür. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirus pandemiyasının başlandığını bildirib.

konkret.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31