Koçaryan yenidən xəstəxanaya yerləşdirildi
28 Aprel 2020 12:02 DünyaErmənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryan xəstəxanaya yerləşdirilib.
Bu barədə keçmiş dövlət başçısının ofisindən məlumat verilib.
Bildirilib ki, "İzmirlyan" Tibb Mərkəzinə aparılan Koçaryan əməliyyat sonrası müayinədən keçəcək. Nəticələrə uyğun olaraq sonrakı müalicələr təyin olunacaq.
Qeyd edək ki, Koçaryan ötən ilin oktyabr ayında əməliyyat edilib. O, bu müddət ərzində bir neçə dəfə xəstəxanaya yerləşdirilib.
azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31