Yekaterinburqda miqrantların saxlandığı məntəqədə qarşıdurma olub
27 Aprel 2020 18:02 DünyaRusiyanın Yekaterinburq şəhərində yerləşən miqrantlar üçün xüsusi məntəqədə böyük qarşıdurma baş verib.
Moderator.az-ın məlumatına görə, törətdiyi cinayətlərə görə ölkəsinə ekstradisiya ediləcəyini eşidən miqrantlardan biri qondarma ittihamlara məruz qaldığını deyərək polislərə müqavimət göstərib.
Miqranta güc tətbiq olunduğunu görən Rusiyaya sığınmış digər xarici vətəndaşlar pandemiya şəraitində belə rəftara etiraz bildiriblər. Hazırda hadisə yerində polislər və xüsusi təyinatlılar keşik çəkir. Məsələnin böyüməsini istəməyən rəsmilər miqrantların sakitləşdiyini desələr də, münaqişə zamanı ölən və yaralananlar haqqında gəzən söz-söhbətlərə konkret aydınlıq gətirilməyib.
Hüquq müdafiəçisi Nurzida Bensqier əyalətdə fəaliyyət göstərən ombudsman Yelena Merzlyakovanın və Sverdlov vilayətinin miqrantlarla iş üzrə şöbəsinin rəisi Olqa Petrovanın təcili hadisə yerinə gəldiyini və insidenti ətraflı araşdırdıqların deyib.

