Yunanlar təşəkkür əvəzinə tənə etdilər
27 Aprel 2020 17:36 DünyaTürkiyə ilə Yunanıstan arasında növbəti dəfə gərginlik yaranıb.
Buna səbəb Türkiyənin Cibutidə köməksiz vəziyyətdə qalan 3 yunan dənizçisini xilas etməsi olub.
Belə ki, rəsmi Afina bu davranışına görə Türkiyəyə təşəkkür etmək əvəzinə, tənəli açıqlama ilə çıxış edib. Yunanıstan XİN-i Türkiyəni insan taleyini siyasətə alət etməkdə günahlandıırb.
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun reaksiyası belə olub: "Siz insan taleyini siyasətə qurban etməyin. Biz üç yunan dənizçisini sizdən təşəkkür almaq üçün deyil, insanlıq vəzifəmizi yerinə yetirmək üçün Cibutidən gətirdik".
yenisabah.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31