Bu ölkədə 12 mindən artıq məhbus azadlığa buraxılır
27 Aprel 2020 17:28 DünyaƏfqanıstan hakimiyyəti ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 12 000-dən çox məhbusun azadlığa buraxılmasına qərar verib.
Bu barədə "Khaama Press" agentliyi məlumat yayıb.
Həbsxana işləri üzrə hökumət departamentinin rəhbəri Əhməd Rəşid Tutaxayın sözlərinə görə, ümumilikdə, 12 399 məhbus azadlığa çıxacaq. Məhbusların azadlığa buraxılması prosesi mayın ilk günlərindən etibarən başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31