BƏƏ Ermənistana tibbi yardım göndərib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ermənistana korinavirusla mübarizə məqsədilə tibbi yardım göndərib. Bu barədə "Emirates News Agency" xəbər yayıb.

Məlumata görə, dərmanlar virusun yayılmasına qarşı mübarizədə təxminən 7 min həkimə kömək etməlidir.

BƏƏ-nin Ermənistandakı səfiri Məhəmməd İsa əl-Kattam əl-Zaabi deyib ki, ölkəsi üçün COVID-19 ilə mübarizədə digər dövlətlərə kömək etmək şərəfdir.

Xatlrladaq ki, bu günə olan məlumata əsasən, Ermənistanda koronavirusa 1808 nəfər yoluxub, 29 nəfər ölüb.

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31