Daha bir ölkədə korona bitdi: Rəsmən elan olundu
27 Aprel 2020 16:42 DünyaYeni Zelandiya hökuməti ölkədə koronavirus pandemiyasının bitdiyini elan edib.
Ölkə üzrə ötən gün sadəcə 1 nəfərdə virusun simptomları aşkarlanıb.
Bildirilir ki, sabahdan etibarən tibbi xidmətlər və təhsil sahəsindəki bəzi məhdudiyyətlər aradan qaldırılacaq.
Eyni zamanda, restoranlar və tikinti materialı satan mağaza kimi bəzi kiçik müəssisələr yenidən açılacaq.
Buna baxmayaraq, universitetlər, ticarət mərkəzləri və izdiham təşkil edən yerlər bağlı olacaq.
Hələlik sərhədlərin də bağlı qalacağı bildirilib.
Qeyd edək ki, Yeni Zelandiyada bu günə kimi 1469 nəfər koronavirusa yoluxub, 19 nəfər isə həyatını itirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31